"Atletiko" "Real"la xal fərqini artırıb

13 Yanvar, 15:36 Sosial mediada paylaşın:
Madrid “Atletiko”su “Vanda Metropalitano” stadionunda “Sevilya” ilə üz-üzə gəlib. Meydan sahiblərinin üstünyülü ilə keçən qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Anxel Korrera diqqət mərkəzinə düşüb. Təşəbbüsü əldən verməyən Dieqo Simeonenin komandası 76-cı dəqiqədə rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Markos Lorentenin ötürməsini Saul Niges qolla tamamlayaraq yekun nəticəni müəyyənləşdirib: “Atletiko” – “Sevilya” 2:0. Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Atletiko” ilk pillədəki yerini möhkəmlədib. Komanda ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır.
“Qranada” “Osasuna”nı məğlub etməkdə çətinlik çəkməyib. Qarşılaşmada vurulan qollar ilk hissəyə təsadüf edib. 22-ci dəqiqədə Luis Xavyer Suaresin meydan sahiblərini hesabda irəli çıxarıb. Birinci hissənin sonunda hesab arasındakı fərq artıb. Serxio Errera Piron avtoqol müəllifi olub: “Qranada” – “Osasuna” 2:0.

CANLI YAYIM