"Mançester Yunayted" liderliyə yüksəlib

13 Yanvar, 14:33 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında ilk turdan təxirə salınan görüş keçirilib. “Mançester Yunayted” “Börnli”nin qonağı olub. Görüşə gözlənildiyi kimi Sulşerin komandası daha fəal başlayıb. Buna baxmayaraq meydan sahibləri fasiləyədək qapılarını toxunulmaz saxlayıblar.
Premyer Liqasnın 18-ci turunda “Şeffild Yunayted” və “Nyukasl” qarşılaşıb. 15 dəfə məğlub olub, 2 dəfə heç-heçə meydan sahibləri bu dəfə qələbəyə ümidli idilər. Son turlarda işləri heç də yaxşı getməyən qonaqlar ilk hissədə azlıqda qalıblar. Rayan Freyzer qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən istifadə edən “Şeffild Yunayted” 73-cü dəqiqədə hesabı açıb. Billi Şarp penaltini dəqiq yerinə yetirib. Oyunda başqa qol vurulmayıb. Beləliklə, mövsümdə ilk qələbəsini qazanan “Şeffild Yunayted” autsayder olaraq qalır.

CANLI YAYIM