"Səbail"in kapitanı 2 klubla danışıq aparır

13 Yanvar, 12:45 Sosial mediada paylaşın:
Səbail”in kapitanı Rahid Əmirquliyev komandanı tərk edə bilər.
Təcrübəli futbolçu ilə hazırda iki klub maraqlanır. Bunlar “Keşlə” və “Sabah”dır. Hələlik danışıqlar gedir və Əmirquliyev gələcək karyerası ilə bağlı qərar qəbul etməyib. Qeyd edək ki, vaxtilə milli komandamızda da oynayan rahid Əmirquliyev “Şahdağ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın da şərəfini qoruyub.

CANLI YAYIM