"Qarabağ" Vətən Müharibəsinin iştirakçılarına formasını hədiyyə etdi

13 Yanvar, 11:50 Sosial mediada paylaşın:
"Qarabağ" Vətən Müharibəsinin iştirakçılarının arzusunu reallaşdırıb. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən iki əsgərimiz videomüraciətlə Ağdam klubundan hədiyyə istəmişdilər.
Və "Qarabağ" onların istəyini gerçəkləşdirib. Belə ki, baş məşqçi Qurban Qurbanovla baş menecer Asif Əsgərov həmin əsgərlərə arxalarında adları olan, ağ rəngli 7 və 13 nömrəli formaları hədiyyə edib. 

CANLI YAYIM