Autsayderlər gözlənildiyi kimi uduzdu

12 Yanvar, 16:30 Sosial mediada paylaşın:
İspaniya La liqasının autsayderlərindən “Elçe”  18-ci turda “Xetafe”ni qəbul edib. Meydan sahibləri 4-cü dəqiqədə Raul Qutinin vurduğu qol sayəsində önə çıxsalar da, sərfəli hesabı qoruya bilməyiblər. Hissənin sonuna yaxln Mark Kukurelya hesabı bərabərləşdirib. 2-ci yarıda “Xetafe” futbolçuları daha 2 qol vuraraq qələbəni təmin ediblər. 52-ci dəqiqədə Markonenin meydandan kənarlaşdırılması ilə “Elçe” 10 nəfərlə qalıb. Say üstünlüyü qazanan qonaqlar əvvəlcə 69-cu dəqiqədə hesabı xeyrinə dəyişib. Xayme Mata diqqət mərkəzinə düşüb. Vaxtın yekunlaşmasına 4 dəqiqə qalmış isə Anxel penaltidən fərqlənərək yekun nəticəni müəyyənləşdirib. Beləliklə Elçe hesabda irəli keçdiyi qarşılaşmada “Xetafe”yə 1:3 hesabilə ufuxub. 
Sonuncu yerdə olan “Ueska” da 18-ci turda məğlub olub. Komanda öz meydanında “Betis”lə bacarmayıb. Sevilya təmsilçisi 2-ci hissədə rəqibi 2 dəfə cəzalandıraraq qələbə qazanlb.  78-ci dəqiqədə qonaqlardan Aissa Mandi oyunda ilk qolu vurub. 82-ci dəqiqədə Pol Akouokunun qırmızı vərəqəylə cəzalanmasına görə “Betis” mübarizəni 10 nəfərlə davam etdirsə də, sona yaxın növbəti qolu vurub. Antonio Sanabriya matçda son nöqtəni qoyub: “Ueska” – “Betis” 0:2. Bu 2 komandanı hazırda yarış cədvəlində 10 pillə ayırır. “Ueska” 12 xalla sonuncu 20-ci pillədədir. “Betis” isə 20 xalla 10-cu sıradadır. “Atletiko” ehtiyatda 3 oyunun olmasına baxmayaraq zirvədədir. “Real” 37 xalla 2-cidir. “Barselona” isə 34 calla ilk 3-lüyü tamamlayır. 

CANLI YAYIM