Platini Fransa Futbol Federasiyasının prezidenti olmaq istəyir

6 Oktyabr, 13:31 Sosial mediada paylaşın:
UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa Futbol Federasiyasına rəhbərlik edə bilər.
Oktyabrın 7-də cəza müddəti başa çatacaq 64 yaşlı funksioner 2020-ci ildə baş tutacaq prezident seçkisi zamanı namizədliyini irəli sürmək istəyir. Quruma hazırda Noel Le Qrae rəhbərlik edir.
Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.

CANLI YAYIM