"Sumqayıt" keçmiş futbolçusunu geri qaytardı

12 Yanvar, 11:50 Sosial mediada paylaşın:
"Sumqayıt" klubu sabiq futbolçusu Mehdi Şərifini geri qaytarıb.
"Gənclik şəhəri" təmsilçisi 29 yaşlı iranlı hücumçunun transferini açıqlayıb. Qeyd edək ki, Mehdi Şərifi 2019/2020 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb. Bu arada “Sumqayıt” başqa bir iranlı futbolçu ilə də maraqlanır. Söhbət Höccət Haqverdidən gedir. “Peykan” klubu yollarını ayıran 28 yaşlı müdafiəçinin tezliklə "Sumqayıt"a qoşulaşacağı gözlənilir.

CANLI YAYIM