AFFA-nın konfransının vaxtı açıqlanıb

12 Yanvar, 11:48 Sosial mediada paylaşın:
Yanvarın 29-da AFFA-nın növbəti Konfransı keçiriləcək. Bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında keçiriləcək. Növbəti konfrans saat 11:00-da başlayacaq.

CANLI YAYIM