Əbu-Dabidə favorit tennisçilər yoluna davam edir

11 Yanvar, 15:55 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə qadın tennisçilərin beynəlxalq turniri sona yaxınlaşır. Yarışda artıq ¼ finalın bütün iştirakçıları müəyyənləşib. Ümumi mükafat fondu 536 min dollar olan turnirə yanvarın 13-də yekun vurulacaq.
1/8 final mərhələsidə ukraynalı Elina Svitolina rusiyalı Yekaterina Aleksandrovaya qalib gəlib. İlk iki hissədən sonra  setlərdə bərabərlik olub. Həlledici hissədə isə Svitolina tay-brekdə rəqibinin müqavimətini qıraraq növbəti mərhələyə adlayıb.
Turnirin reytinq favoriti amerikalı Sofiya Kenin qazaxıstanlı Yuliya Putintsevanı mübarizədən kənarlaşdırıb. Kenin ilk setdə 3:6 hesabı ilə məğlub olsa da,  sonradan təşəbbüsə yiyələnərək qalib gəlib – 7:6  və  6:4
Qazaxıstanın turnidəki digər təmsilçisi Yelena Rıbakina isə ¼ finala çıxıb. O, rusiyalı Darya Kasatkina ilə görüşün hər iki hissəsində qələbə qazanıb -  6:3 və 6:4.  
İspaniyalı Qarbine Muqurusa mübarizəni dayandırıb. Muqurusa yunanıstanlı Mariya Sakkari ilə bacarmayıb. Mariya əvvəlcə  7:5, daha sonra isə 6:4 hesabı ilə qalib gəlib.
Belaruslu Arina Sobolenka və tunisli Cabir Unsun görüşü də iki set olub – 6:2 və  6:4 hesablı qələbələr sayəsində Sobalenko ¼ finala yüksəlib.   

CANLI YAYIM