"Çelsi", "Tottenhem" və "Mançester Siti" mərhələ adladı

11 Yanvar, 13:40 Sosial mediada paylaşın:
İngiltərə kubokunda 3-cü mərhələnin görüşləri olub. Premyer liqa komandalarından “Lids”in məğlubiyyəti günün sensasiyası olub. “Çelsi”, “Tottenhem” və “Mançester Siti” isə sürprizə imkan verməyib.
“Çelsi” “Stemford Bric”də “Morkam”la qarşılaşıb. London klubu aşağı liqa təmsilçisi ilə görüşdə 4 cavabsız qolla qalib gəlib. Hesabı Meyson Maunt açıb. Fasiləyə kimi Timo Verner də qapını dəqiq nişan alıb. 2-ci hissədə Kallum Hodson Odoi və Kai Haverts də hədəfdən yayınmayıb. Beləliklə “Çelsi” növbəti mərhələyə adlamaqda çətinlik çəkməyib. 
“Mançester Siti” çempionşip təmsilçisi “Birmingem”i mübarizədən kənarlaşdırıb. “Şəhərlilər” fasiləyə kimi vurduğu 3 qolla qələbə qazanıblar. 15 dəqiqə ərzində Bernardu Silva dubl edib. Yekun nəticəni Pil Foden müəyyənləşdirib: “Mançester Siti” – “Birmingem” 3:0.
“Tottenhem” səfərdə aşağı liqa komandalarından “Marin”i 5 cavabsız qolla məğlub edib. Karlos Vinisisus het-trik etməklə diqqət çəkib. Lukas Moura və Alfi Divayn 1 qolla yadda qalıb. Qeyd edək ki, pandemiya səbəbindən oyundan sonra formaları dəyişdirmək qadağandır. Buna görə “Tottenhem” rəhbərliyi matçdan sonra xatirə olaraq klubun bütün üzvlərinin formasını rəqibə həddiyə edib.
“Lids” isə gözlənilməz məğlubiyyətlə üzləşib. Premyer liqa təmsilçisi səfərdə aşağı liqa komandası “Krouli”yə uduzub. Meydan sahibləri 3 cavabsız qol vurublar. 50-ci dəqiqədıə Nik Tsarulla hesabı açıb.  Ardınca Eşli Nadesan fəqrlənib. Son nöqtəni Cordan Tanniklif qoyub: “Krouli” – “Lids” 3:0

CANLI YAYIM