Daha bir güləşçimiz karyerasını bitirib

9 Yanvar, 11:50 Sosial mediada paylaşın:
Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub. Sport24.az xəbər verir ki, təcrübəli idmançı 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib.
Qeyd edək ki, Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub. 
Xatırladaq ki, daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb.

CANLI YAYIM