Əbu Dabi turnirində ilk mərhələ yekunlaşdı

8 Yanvar, 17:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə qadın tennisçilərin turnirində ilk mərhələ yekunlaşıb. Mükafat fondu 565 min dollar olan yarışın 1/32 finalında bir sıra maraqlı görüş keçirilib. Yarışın iddialılarından Amerika Birləşmiş Ştatlarından olan raketka ustası Sofiya Kenin çinli Çjaosüan Yanla üz-üzə gəlib. Sürprizə imkan verməyən amerikalı tennisçi hər iki setdə qalib gələrək mərhələ adlayıb.
İspaniyalı Qarbinye Muqurusa Fransa təmsilçisi Kristina Mladenoviçlə qarşılaşıb. Muqurusa qalib gəlməkdə çətinlik çəkməyib. Rəqibindən hər iki setdə üstün olan ispaniyalı raketka ustası 1/16 finala yüksəlib.
Daha bir görüşdə belaruslu Arina Sabalenko ilə sloveniyalı Palona Qertsoq üz-üzə gəlib. Görüş cəmi 1 saat 49 dəqiqə davam edib. Sabalenko inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

CANLI YAYIM