"Fənərbağça" ikinci pilləyə yüksəlib

8 Yanvar, 13:10 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 17-ci turunda “Fənərbağça” “Alanyaspor”u qəbul edib.
Əzəli rəqibi “Qalatasaray”ın xal itirməsindən sonra meydan sahibləri 3 xal qazanaraq 2-ci pilləyə yüksəlmək niyyətində idi. Əsasən qonaqların üstünlüyü ilə keçən qarşılaşmada “Fənərbağça” daha dəqiq oynayıb. İlk hissədə hesab açılıb. 12-ci dəqiqədə Sinan Gümüş mükəmməl zərbə ilə hesabı açıb. Fasiləyə üstün yollanan İstanbul komandası ikinci yarıda da hücumlarını davam etdirib. 67-ci dəqiqədə meydan sahibləri penalti imkanı qazanıblar. Amma Enner Valensiya 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Çox keçmədən Dimitrios Pelkas fərqi artırıb. Qonaqların gücü isə yalnız bir qola çatıb. Kuma Babakarın penaltidən vurduğu qol təsəllidən başqa bir işə yaramayıb. 2-1 hesabı ilə qalib gələn “Fənərbağça” 2-ci pilləyə yüksəlib. Yarış cədvəlinə 34 xalla “Beşiktaş” başçılıq edir.

CANLI YAYIM