"Mançester Siti" "Liverpul"un göstəricisini təkrarladı

7 Yanvar, 16:04 Sosial mediada paylaşın:
 
İngiltərə Liqa Kubokunda 2-ci yarımfinal görüşü keçirilib. "Mançester Siti" "Old Trafford" stadionunda əzəli rəqibi "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.
Bu qələbə sayəsində "şəhərlilər" ardıcıl 4-cü dəfə Liqa Kubokunun finalına yüksəlib. Sonuncu dəfə 1981-84-cü illərdə "Liverpul" belə bir nəticə ilə yadda qalıb.
Xatırladaq ki, kubokun finalında "Mançester Siti" ilə "Tottenhem" üz-üzə gələcək. Həlledici görüş aprelin 25-də keçiriləcək.
 
 

CANLI YAYIM