"Milan" 304 gündən sonra məğlub oldu

7 Yanvar, 14:53 Sosial mediada paylaşın:
A Seriyasının 16-cı turunda "Milan" "San Siro" stadionunda "Yuventus"a 1:3 hesabı ilə məğlub olub.
Bununla da, lombardiyalıların çempionatda 27 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.  Sonuncu dəfə "rossonyerlilər" 304 gün öncə "Cenoa"ya 1:2 hesabı ilə uduzmuşdu. 
Maraqlıdır ki, "Yuventus"la oyuna qədər "Milan" həm də "Top 5" ölkələrində bu mövsüm məğlub olmayan yeganə komanda idi. Buna rəğmən, Stefano Piolinin komandası 16 turdan sonra 37 xalla çempionatın lideridir.
 
 
 

CANLI YAYIM