"Neftçi"nin keçmiş futbolçusu Moskada vəfat etdi

7 Yanvar, 11:17 Sosial mediada paylaşın:
"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. O.Abdullayev Futbol Veteranları İttifaqı adından R.Əlizadənin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futbolçu karyerası ərzində komandasına penalti qazandırma bacarığı ilə də tanınıb.
R.Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının 2 dəfə formasını geyinib.
Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi-məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib.
R.Əlizadəyə 2019-cu ilin sonundan AFFA İcraiyyə Komitəsinin qərarına əsasən milli assosasiya tərəfindən xüsusi təqaüd verilib

CANLI YAYIM