"Alba" "Baskoniya"nı məğlub edib

6 Yanvar, 17:43 Sosial mediada paylaşın:
Basketbolçuların Avropa Liqasında 5-ci turdan təxirə salınmış “Alba Berlin” – “Baskoniya” oyunu keçirilib.
Almaniya klubu böyük fasiləyə kimi minimal üstünlük qazanıb 45:44. Qonaqlar digər bölümlərdə ciddi fərqin yaranmasına imkan verməsələr də, önə keçə bilməyiblər. 4 periodun yekununda “Alba Berlin” 95:91 hesabilə üstün olaraq 3 oyundan sonra qalib gəlib. Komandanın heyətində Ceyson Qreyncer 21 xal, 3 ribaund, 6 məhsuldar ötürməylə fərqlənib. “Baskoniya” isə ardıcıl 2 qələbədən sonra uduzub. İspaniya klubu hazırda 10-cu pillədədir. “Alba Berlin” 14-cü sıradadır. Yarış cədvəlinə Moskva SSKA-sı başçılıq edir. 

CANLI YAYIM