Aniş Giri: "Teymur Rəcəbov turnirdə emosiyalarını ələ almağı bacardı"

5 Yanvar, 10:10 Sosial mediada paylaşın:
Teymur Rəcəbov ilə Levon Aronyanın qarşılaşmasını maraqla izlədim.
Niderland şahmatçısı bu sözləri Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində keçirilən rapid üzrə onlayn “Airthings Masters” turnirində qələbəsi barədə danışarkən bildirib.
Şahmatçı qeyd edib ki, Teymur üçün həmin gün çox gözəl bir gün idi və o, bu qələbə ilə Şahmat Çempionlar Turunun finalında oynamaq hüququ qazandı. T.Rəcəbovu təbrik edən niderlandlı şahmatçı bu qələbənin səylə çalışmağın nəticəsi olduğunu vurğulayıb. Şahmatçı belə bir oyun üçün təşəkkürünü bildirərək Teymuru qəhrəman adlandırıb: “Teymur turnirdə emosiyalarını nümayiş etdirmədi. Təşəkkürlər, qəhrəman”.
Xatırladaq ki, turnirdə iştirak edən Aniş Giri seçmə mərhələdə mübarizəsini dayandırıb.

CANLI YAYIM