Yeniyetmə cüdoçularımız dünya birinciliyinin komanda yarışlarında gümüş medal qazanıblar

29 Sentyabr, 16:33 Sosial mediada paylaşın:
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub. Millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. 1/8 finalda Çin Taybeyi, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində 2-ci yeri tutub.

CANLI YAYIM