"İlin boksçusu" nominasiyasında iki qalib

28 Dekabr, 16:42 Sosial mediada paylaşın:
Digər idman növlərində olduğu kimi, boksda da ilin yekunları dərc olunur və müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşir. Bu mənada nüfuzlu “Ring Magazine” nəşrinin sorğusu həmişə diqqət mərkəzinə düşür. Bu il də istisna təşkil etmədi.
Nüfuzlu “Ring Magazine” nəşri boks üzrə ilin yekunları ilə bağlı hesabatını dərc edib. Ənənəvi olaraq Amerikada nəşr olunan jurnal ilin nominasiyalar üzrə qaliblərinin adını açıqlayıb. Təbii ki, bu mənada ən çox diqqət çəkən nominasiya “İlin boksçusu” mükafatıdır. Adətən, bu mükafata bir nəfər sahib çıxırsa, nəşr bu dəfə ənənəni pozub. Daha doğrusu, 39 ildən sonra bu kateqoriya üzrə iki nəfər qalib elan edilib. Söhbət Tayson Fyuri və Teofimo Lopesdən gedir. Xatırladaq ki, Fyuri ötən mövsüm də bu mükafata sahib çıxmışdı. O, bu mükafatı qazanan ardıcıl iki il qazanan ilk britaniyalı boksçu kimi tarixə düşüb. “İlin görüşü” nominasiyasında isə Xose Sepeda ilə İvan Barançik arasında döyüş ön plana çıxıb. Maraqlıdır ki, son 17 ildə ikinci dəfə titul döyüşlərindən kənarda hansısa bir görüş bu nominasiyada qalib olur. Sepeda ilə Barançik arasında görüşün ön plana çıxmasına səbəb isə, 5 raund davam edən qarşıdurmada 8 noqdaunun qeydə alınmasıdır. Bununla yanaşı, müxtəlif çəki dərəcələrində Saul Alvares, Naoya İnouye, Terens Krouford, Aleksandr Usik, Errol Spens, Teofimo Lopes və Vasili Lomaçenko ilin boksçuları seçilib.  

CANLI YAYIM