"Qalatasaray"dan heç-heçə

6 Oktyabr, 11:13 Sosial mediada paylaşın:
Türkiyə Superliqasında 7-ci turun oyunları davam edir.  Ötən gün daha üç görüş keçirilib.
“Konyaspor” səfərdə “Kasımpaşa”nı, “Göztəpə” isə doğma meydanda “Kayserispor”u 4 qolla məğlub edib.
 “Gənclərbirliyi” - “Qalatasaray” matçında isə qol olmayıb.
5 oktyabr
"Kasımpaşa" – "Konyaspor" - 1:4Qol: Ö.A.Şahiner, 21 (0:1),Yevtoviç, 44-pen. (0:2),  Miya, 45+1 (0:3),  V.Sarı, 45+2 (1:3), Miya, 63 (1:4)
"Göztəpə" – "Kayserispor" - 4:0Qol: A.Öztürk, 7. S.Aydoğdu, 42. Napoleoni, 45, 50
"Gənclərbirliyi" – "Qalatasaray" - 0:0
Qeyd edək ki, turnir cədvəlinə 14 xalla "Alanyaspor" başçılıq edir. "Konyaspor" 12 xalla 2-ci, "Fənərbaxça" 11 xalla 3-cüdür. "Qalatasaray" isə 10 xalla 7-cidir.