Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb

6 Oktyabr, 11:10 Sosial mediada paylaşın:
Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.
68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.
Ukrayna əsilli karateçi bazar günü baş tutacaq finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Bu idmançılar da oktyabrın 6-da tatami üzərinə çıxacaqlar.

CANLI YAYIM