Coşua ilə Fyuri 2021-ci ildə 2 dəfə üz-üzə gələcək

22 Dekabr, 17:03 Sosial mediada paylaşın:
Kliçko qardaşlarının karyeralarını bitirməsindən sonra ağır çəkidə rəqabət artıb. Boks həvəskarları demək olar ki, hər il bir-birindən maraqlı qarşıdurmaların şahidi olur. Gələn il də istisna təşkil etməyəcək.
WBA, İBF, WBO və İBO versiyası ezrə ağır çəkidə dünya çempionu Entoni Coşuanın yeni rəqibi məlum olub. Britanliyalı əlcək ustası WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri ilə qarşılaşacaq. Artıq tərəflər döyüşlə bağlı razılığa gəlib. Britaniya mətbuatının məlumatına görə, tərəflər 2021-ci ildə 2 dəfə üz-üzə gələcək. Yəni ilk görüşdə məğlub olan tərəf revanş döyüşü təşkil etmək hüququna malik olacaq. İlkin ehtimala görə, ilk görüş may və ya iyun aylarında keçiriləcək. Döyüşü təşkil edəcək məşhur proumoter Eddi Hirn hazırda müəyyən detalları həll etməklə məşğuldur. Məsələ ondadır ki, görüşün harada keçiriləcəyi və onun hansı telekanal vasitəsi ilə yayımlanacağı məlum deyil.

CANLI YAYIM