Riberi "ən yaxşı" seçildi

5 Oktyabr, 17:04 Sosial mediada paylaşın:
"Fiorentina"nın yeni transferi Frank Riberi İtaliyaya tam uyğunlaşmamış artıq uğur qazanmağa başlayıb.
36 yaşlı təcrübəli fransız A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Geridə qalan 6 turun hamısında meydana çıxıb 2 qol vuran və 1 asist edən yarımmüdafiəçi "Udineze" ilə oyun öncəsi mükafatlandırılacaq.
12 il "Bavariya"nın şərəfini qorumuş Riberi "Fiorentina"ya bu yayda Münhen klubundan azad agent kimi transfer edilib.

CANLI YAYIM