"Qarabağ"ın 570 min avroluq qazancı

5 Oktyabr, 17:02 Sosial mediada paylaşın:
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" Lüksemburqda "Düdelanj" klubunu 4:1 hesabı ilə məğlub etdi.
Bu qələbə sayəsində "Qarabağ" UEFA-dan 570 min avro mükafat qazanıb.
Qrup mərhələsində heç-heçə qeydə alınanda klublara 190 min avro ödənilir. UEFA qalib komandaya 570 min avro mükafat verilir.
48 klub qrup mərhələsinə vəsiqə əldə etdiyi üçün hər biri 2,92 milyon avro mükafat qazanıb. Bu məbləği qrup və növbəti mərhələlərdə artırmaq mümkündür.
Qrup mərhələsini lider tamamlayan klub qrupdakı nəticələrdən əlavə, büdcəsini daha 1 milyon avro ilə zənginləşdirir. Qrup ikincisi isə bu məbləğin yarısını qazanır. 1/16 finalda oynamağın mükafatı isə 500 min avrodur.
"Qarabağ" bu mövsüm daha öncə Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasında isə 2,92 milyon avro mükafat qazanıb. Ümumilikdə Ağdam klubunun qazancı 4 milyon 630 min avro edir.
Avropa Liqasının mükafatları:
 
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro
Qrupda qələbə: 570 min avroQrupda heç-heçə: 190 min avroQrupun qalibi: 1 milyon avroQrup ikincisi: 500 min avro1/16 finala vəsiqə: 0,5 milyon avro1/8 finala vəsiqə: 1,1 milyon avro1/4 finala vəsiqə: 1,5 milyon avro1/2 finala vəsiqə: 2,4 milyon avroFinala vəsiqə: 4,5 milyon avroQalib: 4 milyon avro.

CANLI YAYIM