Şəhriyardan Teymura təbrik mesajı

5 Oktyabr, 17:01 Sosial mediada paylaşın:
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku turnirinin qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.
Şəhriyar "Facebook" səhifəsində bu sözləri yazıb:
“Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi 6 rəsmi nəticə qalıb: 1.kişilər arasında dünya çempionu; 2.iddiaçılar turnirinin qalibi; 3.blitz üzrə dünya çempionu 4.komanda üzrə dünya çempionatı; 5. Şahmat olimpiadası; 6. Şəxsi Avropa çempionu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.
Dünya kubokunu bu siyahıdan çıxartdığı üçün Timaya təşəkkürlər! Növbəti 1 il ərzində bu turnirlərdən 5-nin olacağına inanıram. Təbriklər!”.