KİV: Qrizmann Messi ilə problemə görə "Barselona"nı tərk edə bilər

5 Oktyabr, 13:59 Sosial mediada paylaşın:
İspaniyanın “Barselona” klubu futbolçusu Antuan Qrizmannla vidalaşa bilər.
Buna səbəb fransalı hücumçunun komandanın kapitanı Lionel Messi ilə münasibətlərinin yaxşı olmamasıdır. Argentinalı oyunçu “Barselona”nın yay fasiləsində Neymarı Fransa PSJ-dən geri qaytarmaq yerinə “Atletiko”dan Qrizmannı almasından narazıdır.
Bildirilir ki, Messi ilə 28 yaşlı forvardın münasibətləri qaydasına düşməsə, “Barselona” qış fasiləsində Neymarı transfer etmək üçün Qrizmannı qarşı tərəfə təklif edə bilər.
Qeyd edək ki, Qrizmann cari mövsümdə “Barselona”nın heyətində iştirak etdiyi 9 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.