“Formula 1”in təqvimi təsdiqləndi

5 Oktyabr, 13:51 Sosial mediada paylaşın:
“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib. Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub.  Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək. Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək. 2020-ci il mövsümünün təqvimi: 15 mart - Avstraliya 22 mart - Bəhreyn 5 aprel - Vyetnam 19 aprel - Çin 3 may - Hollandiya 10 may - İspaniya 24 may - Monako 7 iyun - Azərbaycan 14 iyun - Kanada 28 iyun - Fransa 5 iyul - Avstriya 19 iyul - Böyük Britaniya 2 avqust - Macarıstan 30 avqust - Belçika 6 sentyabr - İtaliya 20 sentyabr - Sinqapur 27 sentyabr - Rusiya 11 oktyabr - Yaponiya 25 oktyabr - ABŞ 1 noyabr - Meksika 15 noyabr - Braziliya 29 noyabr - Abu-Dabi Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.