BOK Olimpiadanın boks yarışlarında dəyişiklik etdi

12 Dekabr, 11:23 Sosial mediada paylaşın:
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi 2024-cü ildə Parisdə keçiriləcək olimpiadanın boks yarışlarında iştirakçı sayını azaltmaq barədə qərar qəbul edib.
4 illiyin zirvə yarışında 252 dəri əlcək ustası mübarizə aparacaq. Fransa paytaxtında medal dəstlərinin ümumi sayında dəyişiklik olmayacaq. Ümumilikdə, 13 dəst mükafat sahibini tapacaq. Kişi boksçular  7, qadın idmançılar isə 6 çəki dərəcəsində yarışacaqlar.

CANLI YAYIM