Meyvezer yenidən rinqə qayıdır

9 Dekabr, 17:15 Sosial mediada paylaşın:
Bu günə qədər keçirdiyi bütün görüşlərdən qalib ayrılan Floyd Meyvezer yenindən rinqə çıxmağa hazırlaşır. Sabiq dünya çempionu artıq özünə rəqib də tapıb.
5 müxtəlif çəki dərəcəsində boks üzrə sabiq dünya çempionu Floyd Meyvezer gələn ilin fevralın 20-də rinqə çıxacaq. Karyerasını bərpa etməyə hazırlaşan amerikalı əlcək ustası “Yutub” bloggeri Loqan Polla şou xarakteli döyüş keçirəcək.  Döyüşü internet vasitəsilə izləmək üçün isə  24,99 dollar ödəmək kifayət edəcək.  Döyüşün məkanı ilə bağlı hələ ki, ictimaiyyətə heç bir açıqlama verilmir.
Döyüşdən öncə hər iki tərəf iddialı açıqlamaları ilə yadda qalıb.  Meyvezer yenidən rinqə çıxacağına görə məmnun olduğunu bildirib: “Fanatlar üçün əsl boks gecəsi olacaq, onlara möhtəşəm anlar yaşadacağıq.  Loqana qarşı döyüşlə yenidən məharətimi göstərmək üçün əla imkan əldə edəcəyəm”.
Loqan isə Floyddan çəkinmədiyini bildirib: “Həmişə çətin sınaqlarla üz-üzə olmağı xoşlamışam. Dahi boksçulardan biri ilə qarşılaşmaq ən böyük arzum olub. Fevralın 20-i bütün dünya möhtəşəm bir görüşün şahidi olacaq”
Xatırladaq ki, Meyvezer sonuncu döyüşünü 2018-ci ilin dekabrın 31-də Tokioda Tenşin Nakasavaya qarşı keçirmişdi. Floyd rəqibini elə ilk raundda nokauta göndərmişdi.  Pol isə peşəkar rinqdə ilk döyüşünü ötən ilin noyabrında həmkarı KSI-yə qarşı keçirmiş və məğlub olmuşdu.

CANLI YAYIM