Teymur Rəcəbov: "Qələbəni necə qeyd edəcəyimi bilmirəm"

4 Oktyabr, 20:36 Sosial mediada paylaşın:
"Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm".
Bunu Dünya Kubokunun qalibi olan Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini bildirib: "Hər halda 15-16 yaşımda Harri Kasparovu məğlub etdiyim görüşdən sonra qeyd etməyimdən fərqli bir şey etməyəcəyəm".
Rəcəbov onun üçün hər iki uğur arasında heç bir fərq olmadığını sözlərinə əlavə edib: "Kasparovla görüş bir oyundan ibarət olsa belə, indiki qələbə ilə müqayisə olunur. Dünya Kuboku bir turnir idi".
Qeyd edək ki, Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlub edib - 6:4.

CANLI YAYIM