"Qarabağ" Ağdama səfər edib

29 Noyabr, 10:59 Sosial mediada paylaşın:
Dünən "Qarabağ"ın başqanı Tahir Gözəl, klubun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov, klubuun ağdamlı əməkdaşları, sabiq  futbolçular, məşqçi və futbolçu heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə yollanıb. Komandanın üzvləri ilk olaraq Ağdam şəhərinin mərkəzində yerləşən "Cümə" məscidini ziyarət edib. 
Şəhidlər Xiyabanına yollanan komanda milli qəhrəman, sabiq kapitan və baş məşqçi Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
 Komandanln növbəti ünvanı "İmarət" stadionu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevi stadionda  Tahir Gözəl qarşılayıb, futbolçular, veteran və rəhbərlik heyəti futbol oynayıb. Sonda isə "Qarabağ"ın qazandığı son çempionluq kuboku meydana gətirilib və xatirə şəkili çəkilib.

CANLI YAYIM