ÇSKA Moskvada "Real"dan üstün olub

27 Noyabr, 16:37 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 11-ci tur başlanıb.
İlk oyun günündə ÇSKA “Real”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Moskva basketbolçuları 1 xal fərqilə qalib gəliblər. ÇSKA – “Real”: 74-73.
Digər görüşdə “Anadolu Efes” “Srevna Zvezda”nın qonağı olub. Meydan sahibləri ilk 3 dövrədə rəqiblərilə bacara bilməyiblər. Son hissədə serbiyalılar qalib gəlsələr də, yekunda məğlub olublar. “Srvena Zvezda” – “Anadolu Efes”: 64-75
“Jalqris” – “Zenit” matçında 158 xal qeydə alınıb. Liderlər qrupunda qərarlaşan Sankt-Peterburq komandası rəqibindən 8 xal fərqilə üstün olub. 83-75.
Digər görüşlərdə “Alba” “Ximki” 100-80, “Baskoniya” “Olimpiakos”u 90-76, “Olimpia Milano” “Makkabi Təl Əviv”i 86-85 hesabı ilə məğlub edib.

CANLI YAYIM