"Torino" və "Cenoa" 1/16 final mərhələsində!

27 Noyabr, 15:28 Sosial mediada paylaşın:
İtaliya kuboku turnirində 1/16 final davam edir.
Bu mərhələdə “Torino” aşağı liqada mübarizə aparan “Entella”nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşün ilk hissəsində ardıcıl 2 qol vurulub. 28-ci dəqiqədə Simone Zaza hesabı açıb. Cəmi 2 dəqiqə sonra fərq artıb. Bu dəfə Federiko Bonazzoli hədəfdən yayınmayıb. Fasilədən sonra qonaqlar çox çalışsalar da, hesabı dəyişə bilməyiblər. 2 cavabsız qolla qalib gələn “Torino” 1/8 finala yüksəlib.
Digər görüşdə “Sampdoriya” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Genuya şəhərinin təmsilçiləri 3:1 hesabı ilə qələbə qazanıblar. Meydan sahiblərindən Valerio Verre hesabı açıb. Ruhdan düşməyən qonaqlar ikinci yarıda 3 qol vurublar. Canluka Skamakka dubl etdiyi halda, Lukas Leraqer bir dəfə fərqlənib. Beləliklə, “Cenoa” mərhələ adlayıb.

CANLI YAYIM