"Arsenal" pley-offa vəsiqəni təmin edib

27 Noyabr, 13:28 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında qrup mərhləsinin 4-cü turu keçirilib.
“Qarabağ”la eyni qrupda mübarizə aparan “Makkabi Təl Əviv”lə “Vilyarreal” üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda hesabı qonaqlar açıblar. Aleks Baena fərqlənib. İkinci yarıda meydan sahibləri tarazlığı bərpa ediblər. Aleksandr Peşiç hədəfdən yayınmayıb. 1-1. Qalan vaxtda qol vurulmayıb. “Vilyarreal” 10 xalla liderliyini davam etdirir. “Makkabi Təl Əviv” isə 7 xalla ikincidir.
H qrupunun iddialılarından “Milan” “Lill”in qonağı olub. Bu görüşdə də eyni hesab qeydə alınıb. “Milan” komandasından Samu Kastilyexo hesabı açıb. Rəqib komandadan Conatan Bamba tarazlığı bərpa edib. 1:1 hesablı görüşdən sonra “Lill” 8 xalla birinci, “Milan” isə 7 xalla ikinci pillədədir.
B qrupunun lideri “Arsenal” 4 oyunun hamısında qələbə qazanıb. Son olaraq “Molde” ilə qarşılaşan İngiltərə təmsilçisi 3 cavabsız qolla qalib gəlib. Nikolya Pepe, Reys Nelson və Folarin Baloqan fərqlənib. Beləliklə, “Arsenal” maksimum nəticə ilə pley-offa vəsiqəni təmin edib

CANLI YAYIM