AFFA və TFF əməkdaşlığı genişləndirir

27 Noyabr, 12:17 Sosial mediada paylaşın:
“Qarabağ”- “Sivasspor” matçı ilə bağlı fikirlərini bildirən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov komandamızın yaxşı mübarizə apardığını deyib. Federasiya rəsmisi həmçinin İstanbulda türkiyəli həmkarları ilə bir sıra məsələ ilə bağlı müzakirələrdə iştirak etdiyini deyib.  Əsas movzulardan biri iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları ilə bağlı olub.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Federasiya rəsmisi “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün Türkiyə Futbol Federasiyası tərəfindən eyni təklifin verilməsinə görə təşəkkürünü bildirib.  AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb. Bununla yanaşı, Elxan Məmmədov AFFA və TFF arasında iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları ilə bağlı müzakirələrin aparıldığını deyib. Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə I Liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.

CANLI YAYIM