Gimnastlarımız Avropa çempionatının finalına yüksəlib

27 Noyabr, 11:05 Sosial mediada paylaşın:
Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. 
Yeniyetmələrin mübarizəsində ölkəmizin 2 gimnastı finala vəsiqə qazanıb. İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə isə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 balla ilk "8-liy"ə düşməyi bacarıb. Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub. Yarışa noyabrın 29-da yekun vurulacaq.

CANLI YAYIM