"Qarabağ" pley-off imkanlarını itirdi

27 Noyabr, 10:54 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında qrup mərhləsinin 4-cü turu keçirilib.
I qrupunda mübarizə aparan “Qarabağ” “Sivasspor”la qarşılaşıb. İstanbulda keçirilən oyuna komandamız daha yaxşı başlayıb. Çox keçmədən hesab açılıb. 8-ci dəqiqədə Abdullah Zubir fərqlənib. Fasiləyədək tarazlıq bərpa olunub. 40-cı dəqiqədə rəqib komandanın heyətindən Aruna Kone penaltini dəqiq yerinə yetirib. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalar ikinci yarıda daha 3 qol vurublar. Əvvəlcə, Ağdam təmsilçisi fərqlənib. Uroş Matiçin zərbəsi qarşısıalınmaz olub. Ruhdan düşməyən “Sivasspor” futbolçuları 58-ci dəqiqədə yenidən hesabı bərabərləşdiriblər. Olarenvacu Kayode hədəfdən yayınmayıb. 79-cu dəqiqədə dubl edən Aruna Kone mübarizəyə nöqtə qoyub. 3:2 hesabı ilə qalib gələn “Sivasspor” Ay qrupunda 6 xalla 3-cüdür. Sonuncu pillədə qərarlaşan “Qarabağ” isə pley-off imkanlarını itirib.

CANLI YAYIM