"Real" Milanda da "İnter"i məğlub edib

26 Noyabr, 12:43 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.
A qrupunda çıxış edən çempion “Bavariya” maksimum nəticə ilə irəliləyir. Eyni qrupda keçirilən “Atletiko” - “Lokomotiv” oyununda hesab açılmayıb. B qrupunda isə “İnter” - “Real” matçı diqqət mərkəzində olub. A qrupunda inamla irəliləyən “Bavariya” ardıcıl 4-cü qələbəsini qazanıb. Münhen futbolçuları doğma meydanda “Zaltsburq”dan üstün olublar. İlk qol birinci hissənin sonunda vurulub. Robert Levandovski hesabı açıb. Fasilədən sonra daha məhsuldar mübarizə qeydə alınıb. 2-ci yarının əvvəlindı Kinqsli Komanda fərqi artırıb. 66-cı dəqiqədə Mark Rokanın meydandan çıxarılması ilə “Bavariya” azlıqda qalsa da, bu uğursuzluqdan 2 dəqiqə sonra 3-cü qolu vurub. Leroy Sane diqqət mərkəzinə düşüb. Qonaqlardan Mergim Berişa 73-ce dəqiqədə qollardan birinin əvəzini çıxsa da, bu, yalnız təsəlli olub -  “Bavariya” – “Zaltsburq” 3-1  A qrupunun digər oyununda Madrid Atletikosu ilə Moskva “Lokomotiv”inin qarşılaşmasında isə hesab açılmayıb. 4 oyundan 12 xal toplayan “Bavariya” qrup lideri kimi pley-ofa çıxıb. “Atletiko” 5 xalla 2-ci, “Lokomotiv” isə 3 xalla 3-cüdür. “Zaltsburq” isə 1 xalla sonuncu - 4-cü sıradadır. 
B qrupunda isə “İnter” 4-cü matçda da qələbə qazana bilməyib. “Neradzurri” səfərdə olduğu kimi öz meydanında da “Real”a uduzub. 7-ci dəqiqədə Eden Azar meydan sahiblərinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 33-cü dəqiqədə “İnter” daha bir uğursuzluğa düçar olub. Arturo Vidal ardıcıl etirazlara görə 2 dəfə sarı vərəqəylə cəzalandırılaraq meydandan çıxarılıb. Say üstünküyü qazanan “Real” fasilədən sonra rəqibi növbəti dəfə cəzalandırılıb. Rodriqo meydana çıxan kimi effektli zərbəylə yadda qalıb. Əşrəf Hakimiyə də dəyən top qapıya daxil olub. Qalan vaxtda başqa qol olmayıb. Beləliklə “Real” səfərdə “İnteri məğlub edib – 2:0 B qrupunda Mönhenqladbax “Borussiya”sı ilə  “Şaxtyor” arasındakı oyun daha məhsuldar alınıb. Almaniya klubu 4 cavabsız qolla qali b gəlib. Əvbəlcə 17-ci dqəqiədə Lars Ştindl 11 metrlik nöqtədən qapını dəqiq nişan alıb. 34-ci dəqiqədə Niko Elvedi Mönhenqladbax klununun 2-ci qolunun müəllifi olub. İlk hissəyə artırılan 1-ci dəqiqədə Brel Embolo qonaqları oyuna 3-cü dəfə mərkəzdən başlamağa məcbur edib. 77-ci dəqiqədə Oskar Vendtin vurduğu qol matçda sonuncu olub. Almaniya futbolçuları inamlı qələbə sayəsində xallarının sayını 8-ə çatdıraraq B qrupunda liderliyə yiyələniblər. “Real” 7 xalla 2-ci pillədədir, Şaxtyor 4 xalla 3-cü, “İnter” 2 xalla sonuncu yerdədir.

CANLI YAYIM