Teymur Rəcəbov 1/4 finala qələbə ilə start verib

26 Noyabr, 11:17 Sosial mediada paylaşın:
Şahmat üzrə "Skilling Open" turnirində 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.
Qrossmeysterimiz Teymur Rəcəbov pley-offda Amerika Birləşmiş Ştatları şahmatçısı Uesli So ilə üz-üzə gəlib. Rəcəbov 4 partiyadan ibarət görüşdə 2 qələbə qazanıb, 1 heç-heçə edərək. Beləliklə şahmatçımız 4-cü qarşılaşmaya ehtiyac qalmadan birinci günü qalib başa vurub. Teymur bu gün Uesli So ilə daha 4 görüş keçirəcək. Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan  turnirin qalibinə 30 000 dollar veriləcək.

CANLI YAYIM