Bu gün "Qarabağ" "Sivasspor"la qarşılaşacaq

26 Noyabr, 11:15 Sosial mediada paylaşın:
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Komandamız İstanbulda qardaş Türkiyənin “Sivasspor” klubunun futbolçularını qəbul edəcək. Matçdan əvvəl ənənəvi mətbuat konfransında baş məşqçilər fikirlərini bildiriblər.
Ölkəmizdə tətdiq oluna hərbi vəziyyətlə əlaqədar “Qarabağ” UEFA Avropa Liqasındakı ev oyunlarını Türkiyənin İstanbul şəhərində keçirir. Komandamız bu arenda  qardaş ölkənin “Sivasspor” klubunun futbolçularınıə qəbul edəcək. Ənənəvi mətbuat konfarsında komandamızın baş məşqçisi Qurban Qurbanov rəşadətli ordumuzun şanlı qələbəsi sayəsində torpaqlarımızın işğaldan azad olunmasından danışıb.  Təcürbəli mütəxəsis verdiyi dəstəyə görə qardaş ölkəyə minnətdarlığını ifadə edib.  
Daha sonra Qurban Qurbanov qarşıdakı matça bağlı fikirlərini bildirib. Heyətlə bağlı problemlərə toxunan təcrübəli baş məşqçi hazırda sərəncamında 16 oyunçu olduğunu söyləyib.
"Sivasspor"da da heyətlə bağlı ciddi itkilər var. Bunu komandanın baş məşqçisi Rıza Çalımbay jurnalistələrə açqılamasında bildirib. Çalımbay “Qarabağ”la matçı həlledici adlandırıb.
Xatırladaq ki, “Başakşehir Fatih Terim" stadionunda keçiriləəck “Qaabağ” – “Sivasspor” matçı  Bakı vaxtilə saat 21:55 –də başlanacaq. Qarşılaşmasnı danimarkalı baş hakim Yakob Kehlet idarə edəəck.

CANLI YAYIM