"Fənərbağça" Türkiyə Kubokunda 1/16 finala vəsiqə qazanıb

25 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Türkiyə kubokunun 1/32 finalında “Fənərbağça” “Sivas Bələdiyəspor”u qəbul edib.
Oyuna daha yaxşı başlayan İstanbul klubunun futbolçuları ilk hissədə hesabı açıblar. Mame Tiam fərqlənib. İkinci yarıda təşəbbüsü əldən verməyən komanda daha 3 qol vurub. Dimitros Pelkas hesabı 2:0 edib. 69-cu dəqiqədə fərq artıb. Mame Tiam dubl edib. Daha sonra “Fənərbağça” rəqib komandanı yenidən mərkəzə dəvət edib. Kemal Ademi mübarizəyə nöqtə qoyub. 4 cavabsız qolla qalib gələn “Fənərbağça” mərhələ adlayıb.

CANLI YAYIM