Antonio Konte "Real"la oyuna final gözü ilə baxır

25 Noyabr, 16:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter” “Real”ı qəbul edəcək.
Görüşə maraq olduqca böyükdür. 2 xalla sonuncu pillədə qərarlaşan Milan təmsilçisi son oyundakı məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Komandanın baş məşqçisi Antonio Konte “Real”la oyuna final  matçı kimi baxır. Mütəxəssis bu barədə mətbuat konfransında bildirib: “Bu görüş bizim üçün çox vacibdir. Hətta final matçı da adlandıra bilərik. Əsas istəyimiz 3 xaldır. Meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Rəqibdən çəkinmirik”.
“Real”ın baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında ehtiyatlı danışıb:
“Diqqətli olmalıyıq. Səfərdə oynadığmız üçün müdafiəyə üstünlük verəcəyik. Əks-hücumlardan maksimum istifadə etməliyik. Ümid edirəmk ki, futbolçular tapşırıqlarımı düzgün yerinə yetirərlər. Azarkeşləri fantastik oyun gözləyir”.
Qeyd edək ki, “İnter” – “Real” görüşü bu gecə saat 12.00-da başlanacaq.

CANLI YAYIM