Teymur Rəcəbov "Skilling Open" turnirində 1/4 finala vəsiqə qazanıb

25 Noyabr, 13:06 Sosial mediada paylaşın:
Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun günü arxada qalıb.
Təmsilçimiz Teymur Rəcəbov daha 5 görüş keçirib. 33 yaşlı qrossmeyster 11-ci turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa vuran Rəcəbov müvafiq olaraq, Amerika Birləşmiş Ştatları təmsilçiləri Hikaru Nakamura və Uesli So, çinli Le Kuanq Lyom, hindistanlı Vidit Santoş Gujrathi və Uesli So ilə xalıə yarı bölüb.
Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də qərarlaşan şahmatçı 1/4 final mərhələsinə adlayıb. Onunla yanaşı, Maqnus Karlsen, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav və Aniş Qiri də pley-offa vəsiqə qazanıb. Qeyd edək ki, yarışın ümumi mükafat fondu 100000 dollardır.

CANLI YAYIM