Serj İbaka "Klippers"ə keçib

23 Noyabr, 15:20 Sosial mediada paylaşın:
Serj İbaka azad agent statusunda “Klippers”ə keçib.
31 yaşlı agır forvard Los-Anceles klubu ilə 19 milyon dollar dəyərində 2 illik müqavilə imzalayıb. Xatırladaq ki, İbaka son 4 mövsümdə “Toronto”nun heyətində çıxış etmişdi. O bu komanda ilə ötən il MBA çempionluğunu qazanmışdı. Onun “Klippers”ə keçidindən öncə “Bruklin”ə üz tutacağı haqda xəbərlər də dolaşırdı. Konqoəsilli İspaniya millisinin üzvü ilə “Oklahoma Siti” də maraqlanırdı.

CANLI YAYIM