Teymur Rəcəbov 5 turdan sonra 14-cü pillədədir

23 Noyabr, 14:15 Sosial mediada paylaşın:
Şahmat üzrə “Skillins Open” turniri başlanıb.
Yarış dünya tacının qalibi norveçli Maqnus Karlsenin təşəbbüsü ilə “Çempionlar Şahmat Turu” çərçivəsində keçirilir. Turnirdəki təmsilçimiz Teymur Rəcəbov ilk oyun günü 5 görüş keçirib. Startda rusiyalı Peter Svidlerlə xalı yarı bölən Rəcədov ardıcıl iki görüşdə müvafiq olaraq rusiyalı Yan Nepomnyaşi və Maqnus Karslenə uduzub. Qrossmeystrimiz 4-cü oyununda fransalı Maksim Vaşe Laqrava qalib gəldikdən sonra ispaniyalı David Qixarroya məğlub olub. 5 turdan sonra 1 xal yarım toplayan Teymur Rəcəbov hazırda 14-cü pillədədir. 

CANLI YAYIM