Voleybol üzrə Serbiya millisi Avropa çempionu olub

9 Sentyabr, 12:04 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət Serbiya milli komandası Avropa Çempionatının qalibi olub.
Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığmasına 3:2 hesabı ilə qalib gəlib.
Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.
Bunulada Serbiya milli komandası ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.
Azərbaycan millisi isə 1/8 finalda mübarizəni dayandırıb.