Rəşad Sadıqov: "Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam"

23 Noyabr, 10:00 Sosial mediada paylaşın:
"Zirə" - "Keşlə" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov görüş haqda fikirlərini bölüşüb.
38 yaşlı mütəxəssis torpaqlarımızın işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb: "Hamımızın gözü aydın olsun. "Qarabağ" öz meydanında oynaya bilmirdi. Bu beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandan, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərim təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar. Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanml, torpaqları işğaldan azad etdik...Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam".

CANLI YAYIM