Duayt Hovard "Leykers"i "Filadelfiya"ya dəyişib

22 Noyabr, 11:49 Sosial mediada paylaşın:
Milli Basketbol Assosasiyasında draft mərasimi başa çatdıqdan sonra klublar transfer əməliyyatlarına start verib. Bu mənada son günlər əsl canlanma qeydə alınıb. Elə Duayt Hovardın son çempion “Leykers”i “Filadelfiya”ya dəyişməsi də gündəmi dəyişəcək hadisələrdən biridir.
“Leykers”in 34 yaşlı mərkəz oyunçusu Duayt Hovard “Filadelfiya” ilə birillik müqavilə imzalayıb. Təcrübəli basketbolçu yeni klubunda ilə 2,6 milyon avro məvacib alacaq. Qeyd edək ki, ötən mövsüm Hovard “Leykers”in heyətində karyerasında ilk dəfə MBA çempioni olmuşdu. O, Los-Anceles klubunda hər oyunda orta hesabla 18,9 dəqiqə meydanda olmuş, 7,5 xal və 7,3 ribaundla yadda qalmışdı. Maraqlıdır ki, “Filadelfiya”ya keçməmişdən əvvəl Hovard “Twitter” hesabında “Leykers”lə müqavilə müddətini yeniləyəcəyini bildirmişdi. Amma bir neçə saatdan sonra Hovard bu paylaşımı silmişdi. Amerika mətbuatının yazdığına görə isə, Hovardın “Leykers”dən gedişinin səbəbi bu komandada istədiyi qədər oynamamasıdır. “Filadelfiya”ya təyin olunan baş məşqçi Dok Rivers ona belə bir zəmanəti verib. Xatırladaq ki, Rivers ötən mövsümə qədər Los-Ancelesin bir başqa komandası “Klippers”i çalışdırırdı.

CANLI YAYIM