"Qarabağ" darmadağınla zirvəyə yüksəlib

22 Noyabr, 11:33 Sosial mediada paylaşın:
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. 
Dünənə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.
Günün yeganə görüşü həm də turun mərkəzi oyunu olub. Son çempion “Qarabağ” öz meydanında lider “Sumqayıt”ı sınağa çəkib. Qurban Qurbanovun komandası eyni xala malik olduğu rəqibini keçərək 1-ci pilləyə yüksəlmək üçün qalib gəlməli idi ki, buna çox inamla nail olub. Özü də maraqlıdı ki, Ağdam təmsilçisi ardıcıl 3-cü turnir 6 qolla vuraraq qələbə qazanıb. İkinci dövrə başlayandan əvəvlki belə nəticələr "Keşlə"ni evdə 6:1, "Neftçi"ni səfərdə 6:0 məğlub etməklə reallaşmışdı. 
Qeyd edək ki, tura bu gün yekun vurulacaq. “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni sınağa çəkəcək.
 

CANLI YAYIM